Azərbaycan Respublikası Audiovizual Şurasının 25 avqust 2023-cü il tarixli Qərarı № 33 / 23-12
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 54.1.1-ci madəsinə uyğun olaraq ərizəçinin texniki imkanlarına və iqtisadi əsaslandırmasına əsasən həmin Qanunun 34.2-ci maddəsini rəhbər tutaraq qərara alır:
- "ATV Plus" Məhdud Məsuliyyətli Cəmiyyəti ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə radiotezliklərin (Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanalları) ayrılması üçün 19 iyun 2023-cü il tarixindən elan olunmuş müsabiqənin qalibi elan olunsun.
- Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanalları "ATV Plus" Məhdud Məsuliyyətli Cəmiyyətinin (operator xidmətinin adı: "ATV Plus") istifadəsinə ayrılsın.
- Azərbaycan Respublikasının Audiovizual Şurasının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.