Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının 11 avqust 2023-cü il tarixli Qərarı № 29 / 23-11

 

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 56.1.5.-ci, 56.1.6.-cı və 58.5-ci maddələrini rəhbər tutaraq qərara alır:

  1. "Konnekt" Qapalı Səhmdar Cəmiyyətinə verilmiş, televiziya redaksiyasının adı "CTVHD1", yayım janrı "film-kino" olan peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası televiziya redaksiyasının adı "CTV Music", yayım janrı "musiqi-əyləncə" olan peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına dəyişdirilsin.
  2. Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.