Azərbaycan Respublikası Audiovizual Şurasının 11 avqust 2023-cü il tarixli Qərarı № 27 / 23-11
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 53.2-ci maddəsini rəhbər tutaraq qərara alır:
1. Ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə radiotezliklərin (Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanalları) ayrılması üçün 19 iyun 2023-cü il tarixindən elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş aşağıdakı ərizəçilər iddiaçı kimi müsabiqəyə buraxılsın:
- "ATV Plus" MMC (xidmətin adı: "ATV+")
- "AzəriGlobalServis" QSC (xidmətin adı: "AGS TV")
2. Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq və Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri ərizəçilərin texniki imkanları və iqtisadi əsaslandırmaları barədə yekun rəy hazırlayıb 15 gün ərzində Şura üzvlərinə təqdim etsin.