Azərbaycan Respublikası Audiovizual Şurasının 04 iyul 2023-cü il tarixli Qərarı № 25 / 23-08
Regional yerüstü televiziya yayımçısı və peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Kanal S" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Kanal S" televiziya redaksiyasının efirində 25 iyun 2023-cü il tarixində saat 17.00-18.00 arası 13 dəqiqə reklam yayımının həyata keçirilməsi ilə "Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 20.7-ci maddəsinin pozulmasına yol verildiyinə görə Azərbaycan Respublikası Audiovizual Şurası "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq qərara alır:
- "Kanal S" televiziya redaksiyasının proqramlarının yayımı 05 iyul 2023-cü il tarixdə 3 (üç) saatlıq müddətə (saat 09.00-dan saat 12.00-dək) dayandırılsın.
- Regional yerüstü televiziya yayımçısı və peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Kanal S" Məhdud Məsuliyyətli Cəmiyyəti ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı proqramlarının yayımının dayandırılması müddətində (05 iyul 2023-cü il tarixdə saat 09.00-dan saat 12.00-dək) "Kanal S" televiziya redaksiyasının efirində yayımlasın.
- Bu Qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində qərardan Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.