Azərbaycan Respublikası Audiovizual Şurasının 14 iyun 2023-cü il tarixli Qərarı № 24/23-07
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 34.1-ci, 50.5-ci, 51.1-ci maddələrini rəhbər tutaraq qərara alır:
- Ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə radiotezliklərin ("Bakı Teleqüllə Kompleksi"ndən 33-cü və 36-cı TV yayım kanalları) ayrılması üçün 19 iyun 2023-cü il tarixindən müsabiqə elan edilsin.
- Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya, habelə Maliyyə və təminat şöbələri müsabiqə elanının və müsabiqənin keçirilməsi ilə bağlı məlumatların Şuranın rəsmi veb-saytında (www.acra.gov.az) və 2 (iki) rəsmi qəzetdə yayımlanmasını təmin etsin.