Azərbaycan Respublikası Audiovizual Şurasının 14 iyun 2023-cü il tarixli Qərarı № 23/23-07
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
1. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində FM yerüstü radio yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə aşağıda qeyd olunan radio-televiziya yayım stansiyalarından (RTYS) yayım aparılnması üçün radiotezliklər ayrılsın:
- "Azərbaycan Radiosu" üçün: Laçın rayonu ərazisində yerləşən RTYS-dən – 105,0 MHs.
- "İctimai Radio" üçün: Kəlbəcər rayonu ərazisində yerləşən "Kəlbəcər" RTYS-dən – 90,0 MHs; Laçın rayonu ərazisində yerləşən RTYS-dən – 90,0 MHs.
2. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC və "İctimai Televiziya və Radio Yayımları Şirkəti" bu Qərar ilə onların istifadəsinə ayrılmış radiotezliklərin istifadəsi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, yayımın həyata keçirilməsi xidməti üzrə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə müvafiq müqavilələr bağlayıb bu barədə Şuraya məlumat versinlər.
3. Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.