Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının 18 may 2023-cü il tarixli Qərarı № 16/23-06

 

Azərbaycan Respublikası Audiovizual Şurası ümumölkə yerüstü televiziya yayımçısı olan "Space Müstəqil Televiziya və Radio Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Space TV" televiziya redaksiyasının efirində 12 may 2023-cü il tarixində saat 13.01-də "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 14.1.6-cı maddəsinin tələbinin pozulmasına görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini və "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 14.1.6-cı, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq qərara alır:

  1. "Space TV" televiziya redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 3 (üç) saatlıq müddətə (saat 08.00-dan saat 11.00-dək) dayandırılsın.
  2. Ümumölkə yerüstü televiziya yayımçısı olan "Space Müstəqil Televiziya və Radio Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatın proqramlarının yayımının dayandırılması müddətində (21 may 2023-cü il tarixdə saat 08.00-dan 11.00-dək) "Space TV" televiziya redaksiyasının efirində nümayiş olunmasını təmin etsin.
  3. Bu Qərardan Bakı İnzibati Məhkəməsinə onun qüvvəyə mindiyi gündən 30 gün müddətində şikayət verilə bilər.