Azərbaycan Respublikası Audiovizual Şurasının 18 may 2023-cü il tarixli Qərarı № 15/23-06
Azərbaycan Respublikası Audiovizual Şurası ümumölkə yerüstü radio yayımçısı olan "Digital Media" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Media FM" radio redaksiyasının efirində 11 may 2023-cü il tarixində saat 08.48-də, həmçinin 15 may 2023-cü il tarixində saat 08.50-də, 09.49-da və 12.50-də yayımlanan reklam materialında "Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 29.5-ci maddəsinin tələbinin pozulmasına görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini və "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq qərara alır:
- "Media FM" radio redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 1 (bir) saatlıq müddətə (saat 23.00-dan saat 24.00-dək) dayandırılsın.
- Ümumölkə yerüstü radio yayımçısı olan "Digital Media" Məhdud Məsuliyyətli Cəmiyyəti ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə audio məlumatı proqramlarının yayımının dayandırılması müddətinin əvvəlində və sonunda (21 may 2023-cü il tarixdə saat 23.00-da və saat 23.59-da) "Media FM" radio redaksiyasının efirində səsləndirilməsini təmin etsin.
- Bu Qərardan Bakı İnzibati Məhkəməsinə onun qüvvəyə mindiyi gündən 30 gün müddətində şikayət verilə bilər.