Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının 12 aprel 2023-cü il tarixli Qərarı № 14/23-04

 

Azərbaycan Respublikası Audiovizual Şurası ümumölkə yerüstü televiziya yayımçısı olan "ARB 24" Məhdud Məsuliyyətli Cəmiyyətinin "ARB" televiziya redaksiyasının efirində 17 fevral 2023-cü il tarixində teleticarət blokunun daxilində yayımlanan "Məhəmməd Əfəndiyev, Varikoz mərkəzi - Varikozdan lazer üsulu ilə azad olun" məzmunlu reklam materialında qeyri-dəqiq reklama yol verildiyinə görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, "Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 7.2-ci maddəsini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq qərara alır:

  1. "ARB" televiziya redaksiyasının proqramlarının yayımı 16 aprel 2023-cü il tarixdə 3 (üç) saatlıq müddətə (saat 13.00-dan saat 16.00-dək) dayandırılsın.
  2. Ümumölkə yerüstü televiziya yayımçısı olan "ARB 24" Məhdud Məsuliyyətli Cəmiyyəti ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı proqramlarının yayımının dayandırılması müddətində (16 aprel 2023-cü il tarixdə saat 13.00-dan saat 16.00-dək) "ARB" televiziya redaksiyasının efirində yayımlasın.
  3. Bu Qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində qərardan Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.