Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının 10 aprel 2023-cü il tarixli Qərarı № 13/23-03

 

Azərbaycan Respublikası Audiovizual Şurası lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikası Qanununun 58.1.1-ci maddəsinin tələbini rəhbər tutaraq qərara alır:

  1. "Metronet" Məhdud Məsuliyyətli Cəmiyyətinə abunəçi sayı 5000-dək olan kabel şəbəkəsi yayımı fəaliyyəti üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş 20 oktyabr 2017-ci il tarixli, 146 qeydiyyat nömrəli lisenziya ləğv edilsin. 
  2. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.