Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının 10 aprel 2023-cü il tarixli Qərarı № 11/23-03

 

Azərbaycan Respublikası Audiovizual Şurası yayımın bir il ərzində 60 (altmış) gün həyata keçirilmədiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikası Qanununun 58.1.11-ci maddəsinin tələbini rəhbər tutaraq qərara alır:

  1. "Caspium Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımının həyata keçirilməsini təmin edən fəaliyyət üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş 19 oktyabr 2018-ci il tarixli, 191 qeydiyyat nömrəli lisenziya ləğv edilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.