Azərbaycan Respublikası Audiovizual Şurasının 10 aprel 2023-cü il tarixli Qərarı № 08/23-03
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 47.1.4-cü, 50.4.2-ci və 55-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.9-cu bəndini, "Dövlət rüsumu haqqında" 4 dekabr 2001-ci il tarixli, 223-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.0.39.9-cu maddəsini rəhbər tutaraq qərara alır:
- "Gamma-Sky Net" Məhdud Məsuliyyətli Cəmiyyətinə universal platforma operatoru (xidmətin adı: "Gamma TV") lisenziyası verilsin.
- Universal platforma operatoru lisenziyasının verilməsinə görə nəzərdə tutulmuş 2500 (iki min beş yüz) manat məbləğində dövlət rüsumunun "Gamma-Sky Net" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməsi təmin olunsun.
- Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Maliyyə və təminat, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.