Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasında məqsədli dövlət proqramlarının icrası və Şuranın kommunikasiya strategiyasından irəli gələn məsələlərlə bağlı görüş keçirilmişdir.

 

21 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının inzibati binasında Azərbaycan Respublikası qanunvericiliyinə, cəmiyyətin həyatında mühüm əhəmiyyətə malik istiqamətlər üzrə qəbul olunmuş məqsədli dövlət proqramlarına, strategiya və fəaliyyət planlarına uyğun olaraq ümumölkə televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların icrasına dair görüş keçirilmişdir. Görüşdə ümumölkə yerüstü televiziya yayımçılarının proqram rəhbərləri və səlahiyyətli şəxsləri, Şura aparatının hüquq, monitorinq və kommunikasiya istiqamətləri üzrə əməkdaşları iştirak etmişlər.

Görüş zamanı qanunvericilik, məqsədli dövlət proqramları, strategiya və fəaliyyət planlarına uyğun olaraq yayımçılara zəruri tövsiyələr verilmiş, bu sahədə, habelə yayımçılar tərəfindən Şuraya təqdim olunan hesabatlara dair yayımçıları maraqlandıran məsələlər müzakirə olunmuşdur.

Həmçinin, görüş zamanı Azərbaycan Respublikası Audiovizual Şurasının Komunikasiya Strategiyasının müddəalarına uyğun olaraq audiovizual medianın inkişafı və audiovizual mediada uşaqların əqli, mənəvi və fiziki inkişafına mənfi təsir göstərən yayımlarla mübarizə mövzusunda müzakirələr aparılmışdır.