Azərbaycan Respublikası Audiovizual Şurası

QƏRAR № 17 / 26-07 (02 aprel 2026-cı il)

 

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 47.1.4-cü, 50.3-cü və 55-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli, 176-VQ nömrəli Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli Qanununa 2 nömrəli Əlavənin 5.7-ci bəndini, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının 4 dekabr 2001-ci il tarixli 223-IIQ nömrəli Qanununun 22.0.39.7-ci maddəsini rəhbər tutaraq qərara alır:

  1. "TV NET OTT" Məhdud Məsuliyyətli Cəmiyyətinə sifarişli yayım xidməti provayderi (xidmət adı: "Setanta Sports") lisenziyası verilsin.
  2. Sifarişli yayım xidməti provayderi lisenziyasının verilməsinə görə nəzərdə tutulmuş 500 (beş yüz) manat məbləğində dövlət rüsumunun "TV NET OTT" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməsi təmin olunsun.
  3. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Maliyyə və təminat, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.