Azərbaycan Respublikası Audiovizual Şurasının 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
26 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Tədbirdə Şura sədri İsmət Səttarov 2022-ci il ərzində Şuranın həyata keçirdiyi fəaliyyətdən danışmışdır. O, "Media haqqında" Qanunun qüvvəyə minməsi və bununla bağlı qanunvericilikdəki yeniliklər, tənzimləmə, proqramların monitorinqi, yayıma texniki nəzarət, HD yayıma keçid, reklam bazarı, televiziya reytinqlərinin yeni ölçüm sistemi, “Reklam haqqında” Qanuna dəyişikliklərə dair təkliflər, audiovizual media bazarında yeni ictimai birlik, audiovizual industriya araşdırmaları, piratçılıqla mübarizə, yeni radio yayımçılar və ümumən radio yayımın əhatə zonasının genişləndirilməsi məsələləri, yeni audiovizual media fəaliyyəti olan platforma yayımçılarına verilən lisenziyalar, habelə TDT-na daxil olan ölkələrin forumu - TBRAF haqqında geniş məlumat vermişdir.
Daha sonra Şura sədri, Şura aparatının rəhbəri və şöbə müdirləri media nümayəndələrini maraqlandıran suallara cavab vermiş, gələn il üçün planlaşdırılan əsas fəaliyyət istiqamətlərindən bəhs etmişlər.