Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı 20/2 - 20 dekabr 2022-ci il
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
- Ümumölkə yerüstü radio yayımçısı olan "NHR" MMC-nin "Yurd FM" radio redaksiyasının proqramlarının yayım zonasının genişləndirilməsi məqsədilə Daşkəsən rayonu ərazisində yerləşən "Daşkəsən" RTYS-dan 96,9 MHs, Lerik rayonu ərazisində yerləşən "Lerik" RTYS-dan 94,7 MHs, Astara rayonu ərazisində yerləşən "Astara" RTYS-dan 97,5 MHs radiotezlikləri "NHR" MMC-nin istifadəsinə ayrılsın.
- Şura Aparatının "Hüquq və beynəlxalq əməkdaşlıq" və "Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya" şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.