Audiovizual Şuranın qərarı ilə “Təhsil TV” kanalına peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilmişdir
20 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmişdir.
İclasda platforma yayımçısı lisenziyasının alınması məqsədilə "Təhsil TV" MMC tərəfindən Şuraya daxil olmuş müraciətə baxılmışdır. Müzakirələrdən sonra "Təhsil TV" MMC-yə (televiziya redaksiyasının adı: "Təhsil TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının verilməsi barədə qərar qəbul edilmişdir.
İclasda, həmçinin, ümumölkə yerüstü radio yayımçısı olan "NHR" MMC-nin "Yurd FM" radio redaksiyasının proqramlarının yayım zonasının genişləndirilməsi məqsədilə Daşkəsən rayonu ərazisində yerləşən "Daşkəsən" RTYS-dan 96,9 MHs, Lerik rayonu ərazisində yerləşən "Lerik" RTYS-dan 94,7 MHs, Astara rayonu ərazisində yerləşən "Astara" RTYS-dan 97,5 MHs radiotezliklərinin "NHR" MMC-nin istifadəsinə ayrılması barədə qərar qəbul olunmuşdur.