Medianın İnkişafı Agentliyi tərəfindən “Media savadlılığı” Konfransı keçirilmişdir.
Dekabrın 9-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə media savadlılığı mövzusunda məlumatlılığın artırılması məqsədilə Bakı şəhəri və regionlarda yaşayan 300 nəfərə yaxın gəncin iştirakı ilə Bakı Gənclər Mərkəzində "Media savadlılığı" konfransı keçirilmişdir.
Konfransın məqsədi gənclərin media savadlılığı mövzusunda məlumatlılığının artırılması, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, axtarış aparılması, təhlil edilməsi, tənqidi qiymətləndirmə bacarığının inkişaf etdirilməsi, rəqəmsal media vərdişlərinin təkmilləşdirilməsi olmuşdur.
Konfrans panel sessiyalar, təlimlər, TEDx çıxışlar kimi müxtəlif formatlarda təşkil olunmuşdur.