Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı 19/4 - 30 noyabr 2022-ci il

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 47.1.4-cü, 50.2.2-ci və 55-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.6-cı bəndini, "Dövlət rüsumu haqqında" 4 dekabr 2001-ci il tarixli, 223-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.0.39.6-cı maddəsini rəhbər tutaraq qərara alır:

  1. "ATV Plus" Məhdud Məsuliyyətli Cəmiyyətinə (televiziya redaksiyasının adı: "Vivace") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilsin.
  2. Peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının verilməsinə görə nəzərdə tutulmuş 1500 (min beş yüz) manat məbləğində dövlət rüsumunun "ATV Plus" Məhdud Məsuliyyətli Cəmiyyəti (televiziya redaksiyasının adı: "Vivace") tərəfindən ödənilməsi təmin olunsun.
  3. Şura Aparatının "Hüquq və beynəlxalq əməkdaşlıq", "Maliyyə və təminat" və "Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya" şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.