Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı 19/3 - 30 noyabr 2022-ci il
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 47.1.4-cü, 50.2.2-ci və 55-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.6-cı bəndini, "Dövlət rüsumu haqqında" 4 dekabr 2001-ci il tarixli, 223-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.0.39.6-cı maddəsini rəhbər tutaraq qərara alır:
- "Aqro Televiziya və Radio" Məhdud Məsuliyyətli Cəmiyyətinə (televiziya redaksiyasının adı: "Agro TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilsin.
- Peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının verilməsinə görə nəzərdə tutulmuş 1500 (min beş yüz) manat məbləğində dövlət rüsumunun "Aqro Televiziya və Radio" Məhdud Məsuliyyətli Cəmiyyəti (televiziya redaksiyasının adı: "Agro TV") tərəfindən ödənilməsi təmin olunsun.
- Şura Aparatının "Hüquq və beynəlxalq əməkdaşlıq", "Maliyyə və təminat" və "Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya" şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.