Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı 17/3 - 16 noyabr 2022-ci il
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 47.1.4-cü, 50.2.2-ci və 55-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.6-cı bəndini, "Dövlət rüsumu haqqında" 4 dekabr 2001-ci il tarixli, 223-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.0.39.6-cı maddəsini rəhbər tutaraq qərara alır:
- "Beat Media" Məhdud Məsuliyyətli Cəmiyyətinə (televiziya redaksiyasının adı: "Beat TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı fəaliyyəti üçün müddətsiz lisenziya verilsin.
- "Beat Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (televiziya redaksiyasının adı: "Beat TV") tərəfindən peyk yayımı həyata keçirməyən platforma yayımçısı fəaliyyəti üçün nəzərdə tutulmuş 1500 (min beş yüz) manat məbləğində rüsumun dövlət büdcəsinə köçürülməsi təmin olunsun.
- Şura Aparatının "Hüquq və beynəlxalq əməkdaşlıq", "Maliyyə və təminat" və "Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya" şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.