Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı 17/2 - 16 noyabr 2022-ci il

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 47.1.4-cü, 50.2.2-ci və 55-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.6-cı bəndini, "Dövlət rüsumu haqqında" 4 dekabr 2001-ci il tarixli, 223-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.0.39.6-cı maddəsini rəhbər tutaraq qərara alır:

  1. "Baku TV" Məhdud Məsuliyyətli Cəmiyyətinə (televiziya redaksiyasının adı: "Baku TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı fəaliyyəti üçün müddətsiz lisenziya  verilsin.
  2. "Baku TV" Məhdud Məsuliyyətli Cəmiyyəti (televiziya redaksiyasının adı: "Baku TV") tərəfindən peyk yayımı həyata keçirməyən platforma yayımçısı fəaliyyəti üçün nəzərdə tutulmuş 1500 (min beş yüz) manat məbləğində rüsumun dövlət büdcəsinə köçürülməsi təmin olunsun.
  3. Şura Aparatının "Hüquq və beynəlxalq əməkdaşlıq", "Maliyyə və təminat" və "Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya" şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.