Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı 17/1 - 16 noyabr 2022-ci il
Azərbaycan Respublikası Audiovizual Şurası ümumölkə yerüstü televiziya yayımçısı olan "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin "Space TV" redaksiyasının efirində 14 noyabr 2022-ci il tarixdə saat 12:00-14:45 arası yayımlanan "Gəl danış" proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verildiyinə görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ nömrəli Qanununun 53-56-cı maddələrini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq qərara alır:
- "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin "Space TV" redaksiyasının efirində 17 noyabr 2022-ci il tarixdə proqramların yayımı 3 (üç) saatlıq müddətə (saat 12:00-dan saat 15:00-dək) dayandırılsın.
- "Space" Müstəqil Televiziya və Radio Şirkəti MMC ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı Şura tərəfindən müəyyən edilmiş vaxt ərzində (17 noyabr 2022-ci il tarixdə saat 12:00-dan 15:00-dək) "Space TV" redaksiyasının efirində yayımlasın.
- Qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində qərardan Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.