Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı 16/1 - 11 noyabr 2022-ci il

 

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:

  1. Ümumölkə yerüstü radio yayımının həyata keçirilməsi üçün Bakı şəhəri ərazisindəki "Bakı Teleqüllə Kompleksi"ndən "Bakı FM" MMC-nin (radio redaksiyanın adı: "Bakı Hit FM") istifadəsinə ayrılmış 93.0 MHs radiotezliyi 97.7 MHs radiotezliyinə dəyişdirilsin. 
  2. Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq və Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.