ÜMUMÖLKƏ YERÜSTÜ RADİO YAYIMÇISI
Ümumölkə yerüstü radio yayımçısı – radio proqramlarının məzmunu üzərində cavabdehlik daşıyan və həmin proqramları Azərbaycan Respublikasının ərazisi hüdudlarında əhalinin minimum 70 faizini əhatə edən yerüstü yayım üsulu ilə yayımlayan fiziki və ya hüquqi şəxsdir.
Ümumölkə yerüstü radio yayımçısının peyk yayımı həyata keçirməsi üçün lisenziya tələb olunmur və o, peyk operatorları ilə müqavilə bağlayaraq peyk yayımı da həyata keçirə bilər. Ümumölkə yerüstü radio yayımçısı proqramlarını onların məzmununa dəyişiklik etmədən öz internet informasiya ehtiyatında (veb-saytında) və digər video paylaşım platformalarında yayımlaya bilər.
İctimai yayımçı istisna olmaqla, ümumölkə yerüstü radio yayımçısına lisenziya müsabiqə əsasında verilir. Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının Qanunun 35.1-ci və ya 35.2-ci maddələrində nəzərdə tutulmuş məlumatlar əsasında müsabiqə elan etməlidir.
Müsabiqədə iştirak etmək üçün zəruri olan sənədlərin siyahısı müsabiqə elanında göstərilir.