Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı 15/1 - 11 oktyabr 2022-ci il
Azərbaycan Respublikası Audiovizual Şurası "Caspian İnternational Broadcasting Company" MMC-nin regional televiziya redaksiyası olan "CBC TV"-nin və regional radio redaksiyası olan "CBC FM"-in yayım ərazisinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisi olduğunu, həmin bölgənin işğaldan azad olunması nəticəsində hazırda orada aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində yerli vətəndaşlarla yanaşı bir çox xarici ölkə vətəndaşlarının iştirak etdiyini, Azərbaycan həqiqətlərinin bölgədə yaşayan və işləyən digər etnik qruplara çatdırılmasının və onlar arasında zəruri ideoloji-maarifləndirmə işlərinin aparılmasının xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 14.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
- "Caspian İnternational Broadcasting Company" MMC-nin regional televiziya redaksiyası olan "CBC TV" və regional radio redaksiyası olan "CBC FM" tərəfindən bir neçə dildə yayım aparılmasına razılıq verilsin.
- Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.