Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı 13/1 - 26 sentyabr 2022-ci il
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 1.1.16-cı, 1.1.17-ci, 58.1.1-ci, 58.5-ci, 58.6-cı maddələrini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli Qanununun 26.1.1-ci maddəsini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli Qanununun 2 nömrəli əlavəsinin 5.4-cü bəndini rəhbər tutaraq qərara alır:
- "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyasına ("106FM" radio redaksiyası üzrə, istifadə etdiyi radiotezliklər: Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 106.0 MHs) ümumrespublika radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli 163 qeydiyyat nömrəli lisenziya ləğv edilsin.
- "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyasına ("106FM" radio redaksiyası üzrə, istifadə etdiyi radiotezliklər: Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 106.0 MHs) regional yerüstü radio yayımçısı lisenziyası verilsin.
- Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq və Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.