Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı 12/4 - 23 sentyabr 2022-ci il

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:

1. Şəmkir rayonunda yerləşən "Atabəy" radio-televiziya stansiyasından rəqəmsal yerüstü açıq (sosial) televiziya paketinin yayımı 22-ci TV yayım kanalından 35-ci TV yayım kanalına dəyişdirilsin.

2. Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.