Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı 12/1 - 23 sentyabr 2022-ci il

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 29-cu, 47.1.4-cü, 54.1-ci, 54.2-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.2-ci bəndini, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının 04 dekabr 2001-ci il tarixli 223-IIQ saylı Qanununun 22.0.39.2-cü maddəsini rəhbər tutaraq qərara alır:

1. Digər iddiaçılarla müqayisədə daha üstün texniki imkanlara malik olmasını və təqdim etdiyi iqtisadi əsaslandırmasını nəzərə alaraq "NHR" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio redaksiyanın adı: "Yurd FM") ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün 13 iyul 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi hesab edilsin və ona ümumölkə yerüstü radio yayımçısı lisenziyası verilsin.

2. Ümumölkə yerüstü radio yayımının həyata keçirilməsi üçün aşağıdakı radiotezliklər "NHR" MMC-nin istifadəsinə ayrılsın:

  • Bakı şəhəri ərazisindəki "Bakı Teleqüllə Kompleksi"ndən – 90.7 MHs,
  • İsmayıllı rayonu ərazisindəki "İvanovka" RTYS-dan - 104.5 MHs,
  • Lənkəran rayonu ərazisindəki "Lənkəran" RTYS-dan - 89.6 MHs,
  • Şuşa rayonu ərazisindəki "Şuşa" RTYS-dan - 98.0 MHs,
  • Zaqatala rayonu ərazisindəki "Danaçı" RTYS-dan - 90.9 MHs

3. "NHR" MMC bu Qərarı aldıqdan 5 (beş) iş günü müddətində ümumölkə yerüstü radio yayımçısı lisenziyası üçün nəzərdə tutulmuş  2500 (iki min beş yüz) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsini təmin etsin.

4. "NHR" MMC bu Qərar ilə onun istifadəsinə ayrılmış radiotezliklərin istifadəsi üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Radiotezliklər İdarəsi ilə, yayımın həyata keçirilməsi xidməti üzrə isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi (Teleradio İB) ilə müqavilələr bağlayıb bu barədə Şuraya məlumat versin.

5. Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq və Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.