Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı 11/1 - 02 sentyabr 2022-ci il
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 53.2-ci maddəsini rəhbər tutaraq qərara alır:
1. Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün (istifadə edəcəyi radiotezliklər: Bakı Teleqüllə Kompleksindən – 90.7 MHs, İsmayıllı rayonu ərazisindəki "İvanovka" RTYS-dan - 104.5 MHs, Lənkəran rayonu ərazisindəki "Lənkəran" RTYS-dan - 89.6 MHs, Şuşa rayonu ərazisindəki "Şuşa" RTYS-dan - 98.0 MHs, Zaqatala rayonu ərazisindəki "Danaçı" RTYS-dan - 90.9 MHs) 13 iyul 2022-ci il tarixdən elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş aşağıdakı ərizəçilər iddiaçı kimi müsabiqəyə buraxılsın:
- "Baku FM" MMC (radio kanalın adı: "Baku Hit FM")
- "Retro FM" MMC (radio kanalın adı: "Baku Retro FM")
- "NHR" MMC (radio kanalın adı: "Yurd FM")
2. Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin və zəruri halda yerində yayım imkanlarının araşdırılması üçün Şura üzvlərindən və Şura aparatının mütəxəssislərindən ibarət müsabiqə komissiyası (bundan sonra - Komissiya) yaradılsın.
3. Komissiya müsabiqəyə sənəd təqdim etmiş iddiaçıların yayım konsepsiyaları, kadr və yaradıcılıq, habelə maliyyə-iqtisadi potensialı barədə yekun rəy hazırlayıb 15 gün ərzində Şura üzvlərinə təqdim etsin.