Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasında sosial xarakterli televiziya layihələrinin rəhbərləri ilə görüş keçirilmişdir

Avqustun 17-də Azərbaycan Respublikası Audiovizual Şurasında sosial xarakterli televiziya layihələrinin rəhbərləri ilə görüş keçirilmişdir. Görüş zamanı çıxış edən Şuranın sədri İsmət Səttarov audiovizual media sahəsində tənzimləmə və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsi ilə bağlı hazırkı vəziyyət barədə məlumat verərək hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları ilə sosial xarakterli televiziya layihələri arasında əməkdaşlığın əhəmiyyətindən söz açmışdır.

Görüşə dəvət olunan və tədbir zamanı çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov mövcud problemlərə toxunaraq sıx əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri barədə danışmışdır. 

İşgüzar tədbirdə jurnalistlərin peşə davranışı qaydalarının tətbiqində mövcud problemlərdən söz açılmış, faydalı fikir mübadiləsi aparılmış, təkliflər səsləndirilmiş, bu məzmunlu tədbirlərin mövcud kommunikasiyanın gücləndirilməsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilmişdir.