Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı №10/4 - 20 iyul 2022-ci il

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:                                                     

  1. "Araz Teleradio" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Araz Radiosu"nun radiovericisinin Füzuli rayonu ərazisində yerləşən "Əhmədbəyli" RTYS-dan Xocavənd rayonu ərazisində yerləşən "Şahyeri" RTYS-na köçürülməsi ilə bağlı "Əhmədbəyli" RTYS-dan "Araz Teleradio" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə ayrılmış 103.3 MHs radiotezliyi "Şahyeri" RTYS-dan 103.3 MHs radiotezliyi ilə əvəzlənsin.
  2. Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.