Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı №10/3 - 20 iyul 2022-ci il
Azərbaycan Respublikası Audiovizual Şurası "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının "Azad Azərbaycan Radiosu"nun Şərqi Zəngəzur və Qarabağ bölgələrində FM diapazonunda yerüstü radio yayımının genişləndirilməsi məqsədilə "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
- "Azad Azərbaycan Radiosu"nun proqramlarının yayımı üçün Xocavənd rayonu ərazisində yerləşən "Şahyeri" RTYS-dan maksimal şüalanma gücü 40 dBVt olmaqla 92.1 MHs radiotezliyi "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının istifadəsinə ayrılsın.
- Bu Qərarın 1-ci bəndində qeyd olunan radio-televiziya yayım stansiyasından ayrılmış radiotezlikdə "Azad Azərbaycan Radiosu"nun proqramlarının yayımını həyata keçirəcək "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyası həmin radiotezlikdən istifadə üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, yayımın həyata keçirilməsi xidməti üzrə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ("Teleradio") ilə müvafiq müqavilələr bağlayıb bu barədə Şuraya məlumat verilməsini təmin etsin.
- Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.