Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı №10/1 - 20 iyul 2022-ci il
Azərbaycan Respublikası Audiovizual Şurası "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin "Azərbaycan Radiosu"nun Şərqi Zəngəzur və Qarabağ bölgələrində FM diapazonunda yerüstü radio yayımının genişləndirilməsi məqsədilə "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
1. "Azərbaycan Radiosu"nun proqramlarının yayımı üçün aşağıda qeyd olunan yayım stansiyalarından göstərilən maksimal şüalanma gücləri nəzərə alınmaqla radiotezliklər "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin istifadəsinə ayrılsın:
- Zəngilan rayonu ərazisində yerləşən "Mincivan" avtomatik RTYS-dan 100.5 MHs radiotezliyi (maksimal şüalanma gücü 35 dBVt olmaqla);
- Qubadlı rayonu ərazisində yerləşən "Xanlıq" avtomatik RTYS-dan 103.5 MHs radiotezliyi (maksimal şüalanma gücü 29 dBVt olmaqla);
- Kəlbəcər rayonu ərazisində yerləşən "Kəlbəcər" RTYS-dan 105.0 MHs radiotezliyi (maksimal şüalanma gücü 29 dBVt olmaqla).
2. Bu Qərarın 1-ci bəndində qeyd olunan radio-televiziya yayım stansiyalarından ayrılmış radiotezliklərdə "Azərbaycan Radiosu"nun proqramlarının yayımını həyata keçirəcək "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti həmin radiotezliklərdən istifadə üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, yayımın həyata keçirilməsi xidməti üzrə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ("Teleradio") ilə müvafiq müqavilələr bağlayıb bu barədə Şuraya məlumat verilməsini təmin etsin.
3. Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.