Audiovizual Şuranın təşkilatçılığı ilə şimal bölgəsində fəaliyyət göstərən regional yerüstü televiziya yayımçıları ilə dəyirmi masa təşkil olunmuşdur.
"Uşaqlara dair Strategiya"nın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı və Azərbaycan Respublikası Audiovizual Şurasının 2021-2023-cü illər üçün Kommunikasiya Strategiyasının həyata keçirilməsi üzrə 2022-ci ilin Fəaliyyət Planına uyğun olaraq 13 iyul 2022-ci il tarixində Xaçmaz şəhərində Şura aparatının nümayəndələri, "ARB Şimal", "ARB Günəş", "Qafqaz TV" televiziya kanallarının ümumi proqram rəhbərlikləri və xəbər redaksiyalarının məsul əməkdaşlarının iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.
Dəyirmi masa zamanı "Uşaqlara dair Strategiya"ya uyğun olaraq uşaqların zərərli informasiyadan qorunması ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandılrılması və maarifləndirmə işlərinin aparılması, uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin televiziya kanallarında işıqlandırılmasının əhəmiyyəti, habelə erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması sahəsində regional televiziya kanallarının rolu mövzularında müzakirələr aparılmışdır. Şura nümayəndələri maarifləndirici proqramların təşkil edilməsi, sosial çarxların yayımlanması və bu yayımlar haqqında Şuraya hesabatların təqdim olunması sahəsində yayımçılara vəzifələrini və görüləcək tədbirləri izah etmişlər.