Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı №9/2 - 07 iyul 2022-ci il
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 29.1-ci, 50.1.3-cü, 51.1-ci maddələrini rəhbər tutaraq qərara alır:
- Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması (istifadə edəcəyi radiotezliklər: Bakı Teleqüllə Kompleksindən – 93.0 MHs, İsmayıllı rayonu ərazisindəki "İvanovka" RTYS-dan – 98.8 MHs, Lerik rayonu ərazisindəki "Lerik" RTYS-dan – 107.5 MHs, Şuşa rayonu ərazisindəki "Şuşa" RTYS-dan – 96.1 MHs, Ağstafa rayonu ərazisindəki "Poylu" RTYS-dan – 88.4 MHs) üçün 13 iyul 2022-ci il tarixdən etibarən müsabiqə elan edilsin.
- Şura aparatının rəhbəri və Maliyyə və təminat şöbəsi müsabiqə elanının və müsabiqənin keçirilməsi ilə bağlı məlumatların Şuranın rəsmi veb-saytında və 2 (iki) rəsmi qəzetdə yayımlanmasını təmin etsin.