Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə “CƏNUB ARB” regional yerüstü televiziya kanalında dəyirmi masa təşkil olunmuşdur.

"Uşaqlara dair Strategiya"nın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı və Azərbaycan Respublikası Audiovizual Şurasının 2021-2023-cü illər üçün Kommunikasiya Strategiyasının həyata keçirilməsi üzrə 2022-ci ilin Fəaliyyət Planına uyğun olaraq Şura aparatının nümayəndələri 05-06 iyul 2022-ci il tarixlərində cənub bölgəsində fəaliyyət göstərən regional yerüstü televiziya yayımçısı olan "CƏNUB ARB" kanalında görüşlər keçirmişlər.

Görüşlər çərçivəsində kanalın ümumi proqram rəhbərliyinin və xəbər redaksiyasının məsul əməkdaşlarının iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masa zamanı "Uşaqlara dair Strategiya"ya uyğun olaraq uşaqların zərərli informasiyadan qorunması ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandılrılması və maarifləndirmə işlərinin aparılması, uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin televiziya kanallarında işıqlandırılmasının əhəmiyyəti, habelə erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması sahəsində regional televiziya kanallarının rolu mövzularında müzakirələr aparılmışdır.

Müzakirələr zamanı Şura nümayəndələri bu mövzularda xüsusi maarifləndirici proqramların təşkil edilməsi, sosial çarxların yayımlanması və bu yayımlar haqqında Şuraya hesabatların təqdim olunması sahəsində yayımçıya vəzifələrini və görüləcək tədbirləri izah etmişlər. Bundan sonra kanal əməkdaşlarının yayımın təşkili və yeni "Media haqqında" qanuna uyğun olaraq audiovizual proqramlar ilə bağlı tələblər haqqında suallarını Şura aparatının əməkdaşları cavablandılmışlar.

 

Videofraqment "СƏNUB ARB"-nin Youtube kanalından götürülmüşdür: https://youtu.be/XdYWli1EdHk