Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual yayımların inkişaf konsepsiyasının hazırlanması ilə bağlı görüş keçirilmişdir

"Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyində (Teleradio İB) Azərbaycan Respublikasında 2023 – 2030-cu illərdə audiovizual yayımların inkişaf konsepsiyasının hazırlanması ilə bağlı görüş keçirilmişdir.
 
Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin, eləcə də televiziya və radio yayımçılarının məsul nümayəndələri iştirak etmişlər. Audiovizual yayımların inkişaf konsepsiyasının hazırlanması “Arthur D. Little” Konsaltinq Xidmətləri Səhmdar Şirkətinə (Türkiyə) həvalə olunmuşdur. Görüşdə şirkət təmsilçisi təqdimatla çıxış etmişdir.
 
Konsepsiyanın texniki-iqtisadi cəhətdən səmərəli hazırlanması ilə bağlı toplantı iştirakçıları bir sıra təkliflər irəli sürmüş, belə müzakirələrin davam etdirilməsi nəzərdə tutulmuşdur.
 
 
 
Foto və mətnin mənbəyi - "Teleradio" İB