Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı № 6/2 - 08 iyun 2022-ci il

Azərbaycan Respublikası Audiovizual Şurası "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə Şuranın 11 mart 2022-ci il tarixli 2/1 nömrəli Qərarı ilə verilmiş 216 qeydiyyat nömrəli lisenziyanı, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-dən Şuraya ünvanlanmış 04 aprel 2022-ci il tarixli 40 nömrəli məktubu, bununla bağlı Şura aparatının Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin 06 iyun 2022-ci il tarixli 2 nömrəli rəyini nəzərə alaraq "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti ümumölkə yerüstü radio yayımçısının ölkə üzrə yayımının təmin olunması məqsədilə "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:

 

  1. "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə aşağıda qeyd olunan radio-televiziya yayım stansiyalarından (RTYS) göstərilən maksimal şüalanma gücü nəzərə alınmaqla radiotezliklər ayrılsın:
  • Şuşa rayonu ərazisində yerləşən "Şuşa" RTYS-dan 99,0 MHs (maksimal şüalanma gücü 40 dBVt olmaqla);
  • Xocavənd rayonu ərazisində yerləşən "Şahyeri" RTYS-dan 94,3 MHs (maksimal şüalanma gücü 40 dBVt olmaqla);
  • Ağstafa rayonu ərazisində yerləşən "Poylu" RTYS-dan 96,1 MHs (maksimal şüalanma gücü 38 dBVt olmaqla);
  • Daşkəsən rayonu ərazisində yerləşən "Daşkəsən" RTYS-dan 93,6 MHs (maksimal şüalanma gücü 38 dBVt olmaqla);
  • Zaqatala rayonu ərazisində yerləşən "Danaçı" RTYS-dan 89,3 MHs (maksimal şüalanma gücü 38 dBVt olmaqla);
  • İsmayıllı rayonu ərazisində yerləşən "İvanovka" RTYS-dan 98,8 MHs (maksimal şüalanma gücü 38 dBVt olmaqla);
  • Quba rayonu ərazisində yerləşən "Dağlı" RTYS-dan 107,0 MHs (maksimal şüalanma gücü 40 dBVt olmaqla);
  • Lerik rayonu ərazisində yerləşən "Lerik" RTYS-dan 91,3 MHs (maksimal şüalanma gücü 40 dBVt olmaqla).
  1. "Real Təhlil İnformasiya Mərkəzi" MMC bu Qərar ilə onun istifadəsinə ayrılmış radiotezliklərin istifadəsi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, yayımın həyata keçirilməsi xidməti üzrə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ("Teleradio") ilə müvafiq müqavilələr bağlayıb bu barədə Şuraya məlumat versin.
  2. Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.