Azərbaycanda audiovizual industriya bazarının 2021-ci il üzrə göstəriciləri
Azərbaycan Respublikası Audiovizual Şurası aşağıda adları sadalanan yayımçılardan alınmış məlumatlara əsasən 2021-ci il üçün audiovizual industriya bazarının illik qısa analizini təqdim edir:
- "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AZTV, Mədəniyyət TV, İdman TV, Azərbaycan Radiosu)
- "İctimai Televiziya və Radio Yayımları Şirkəti" (İTV, İctimai Radio)
- "Space" Müstəqil Teleradio Şirkəti (Space TV, Space FM)
- "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyası (ATV, Azad Azərbaycan Radiosu, 106FM)
- "Xəzər TV" MMC (Xəzər TV, Xəzər FM)
- "ARB 24" MMC (ARB, ARB 24)
- "CBC Sport" MMC (CBC Sport TV)
- "Real Təhlil İnformasiya Mərkəzi" MMC (Real TV, Real FM)
- "Antenn" Müstəqil Teleradio Şirkəti (Radio Enerji)
- "Digital Media" MMC (Media FM)
- "Radio Qrup" MMC (Radio TMB)
- "Araz Teleradio" MMC (Araz Radiosu)
- "İnnovasiyalar Mərkəzi" MMC (ASAN Radio)
- "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC (Avto FM)
Qeyd 1: Əvvəlki illərdə olduğundan fərqli olaraq, 2021-ci ilin məlumatları yalnız ümumölkə yayımçılarının məlumatlarını əhatə edir. Peyk və regional yayımçıların məlumatları bura daxil deyildir.
Qeyd 2: Həmçinin, əvvəlki illərdən fərqli olaraq kommersiya reklamı ilə bağlı məlumatlarda kommersiya gəlirləri ƏDV daxil göstərilmişdir.
SEKTORDA İŞLƏYƏNLƏRİN SAYI HAQQINDA MƏLUMAT
Ümumölkə televiziya və radio yayımçılarında 4374 nəfər fəaliyyət göstərir. Onlardan 4011 nəfər televiziya, 363 nəfər isə radio sahəsində məşğuldur:
Dövlət büdcəsindən maliyyələşən yayımçılarda (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, İctimai Radio, Azərbaycan Radiosu) 1920 nəfər,
Dövlət büdcəsindən maliyyələşməyən yayımçılarda (Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, CBC Sport TV, Real TV, Space Radio, Azad Azərbaycan Radio, 106FM, Xəzər FM, Araz Radio, Media FM, Radio Enerji, Radio TMB, ASAN Radio, Avto FM) isə 2454 nəfər işləyir:
YAYIMÇILARIN XƏRCLƏRİ HAQQINDA MƏLUMAT
2021-ci il ərzində yayımçıların xərclərinin ən iri istiqamətləri aşağıdakılar olmuşdur:
- Əməkhaqqı fondu - 49.500.000 manat
- Yayım xərcləri - 13.300.000 manat
- Yerli kontent xərcləri - 6.700.000 manat
- Xarici lisenziyalı kontent xərcləri - 4.200.000 manat
DÖVLƏT BÜDCƏSİNDƏN AYRILMIŞ MALİYYƏ VƏSAİTİ HAQQINDA MƏLUMAT
2021-ci il ərzində dövlət büdcəsindən yayımçılara 55.700.000 manat vəsait ayrılmışdır. Bunlardan:
51.700.000 manat - dövlət büdcəsindən maliyyələşən yayımçılara (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, İctimai Radio, Azərbaycan Radiosu),
4.000.000 manat - özəl (kommersiya) yayımçılara (Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, Real TV, Space Radio, Azad Azərbaycan Radiosu, 106FM, Media FM, Radio Enerji, Radio TMB) ayrılmışdır.
REKLAM GƏLİRLƏRİ HAQQINDA MƏLUMAT
2021-ci ildə ümumölkə yayımçılarının reklam gəlirləri (ƏDV daxil olmaqla) ümumi olaraq 42.300.000 manat təşkil etmişdir ki, onlardan:
35.900.000 manat - televiziya yayımçılarına (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, CBC Sport TV, Real TV),
6.400.000 manat - radio yayımçılarına (Azərbaycan Radiosu, İctimai Radio, Space Radio, Azad Azərbaycan Radiosu, 106FM, ASAN Radio, Avto FM, Radio TMB, Radio Enerji, Xəzər FM, Araz Radiosu, Media FM) aiddir.
Qeyd: 2019-cu və 2020-ci illər ilə müqayisədə reklam gəlirlərinin əhəmiyyətli dərəcədə artması bir tərəfdən ölkə daxilində iqtisadi fəallığın artması ilə, digər tərəfdən reklam qanunverciliyinə riayət olunmasına nəzarət sahəsində Şura tərəfindən atılmış addımların nəticəsi ilə əlaqədardır. Cari ilin əvvəlindən müşahidə etdiyimiz vəziyyət 2022-ci ildə yayımçıların reklam gəlirlərinin artacağını proqnozlaşdırmaq imkanı verir.