18 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov ilə Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin Radio Televiziya Üst Kurulunun (RTÜK) rəhbəri Əbubəkr Şahin arasında görüş keçirilmişdir.
Görüşdə Audiovizual Şura ilə RTÜK arasında mövcud əməkdaşlıq əlaqələri, Azərbaycan-Türkiyə Ortaq Media Platformu çərçivəsində birgə fəaliyyət, yeni qəbul olunmuş “Media haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn bir sıra yeniliklər müzakirə olunmuş, gələcək əməkdaşlıq və birgə fəaliyyət sahələri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Görüşdə həmçinin, Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Media üzrə müşaviri Hüseyn Altınalan da iştirak etmişdir.