Azərbaycan Respublikası Audiovizual Şurası

İstanbulda TDT-a üzv dövlətlərin Media və İnformasiya üzrə İşçi Qrupunun 9-cu Toplantısı öz işinə başlamışdır.

13 may 2022-ci il tarixdə İstanbulda Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Qismət Gözəlovun sədrliyi ilə təşkilatın Media və İnformasiya üzrə İşçi Qrupunun 9-cu iclası öz işinə başlamışdır. İclasda Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov da iştirak edir.

 İclas zamanı TDT-a üzv dövlətlərin Media və İnformasiya sahəsi üzrə məsul nazirlərin və yüksək vəzifəli rəsmilərinin sabah 14 may 2022-ci il tarxidə keçiriləcək 4-cü Toplantısının gündəliyində olan məsələlər müzakirə olunacaqdır.