Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
5 noyabr 2019-cu il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda yeni radio kanalının yaradılması məsələsi haqqında müzakirələr aparılmış və ümumrespublika radio kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHs işçi tezliyinə) 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək müsabiqə elan olunması barədə qərar qəbul edilmişdir.