Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı № 4/1 - 27 aprel 2022-ci il
Azərbaycan Respublikası Audiovizual Şurası "Space" televiziya yayımçısının efirində 23 aprel 2022-ci il tarixdə saat 17.47-18.23 arası yayımlanan "Balaca qurmanlar" uşaqlar üçün proqram zamanı yerləşdirilən reklam blokunda energetik içkiyə aid çarx nümayiş etdirildiyinə görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, "Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 12.1.8-ci maddəsini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-cı maddələrini rəhbər tutaraq qərara alır:
- "Space" televiziya yayımçısının efirində 05 may 2022-ci il tarixdə proqramların yayımı 3 (üç) saatlıq müddətə (saat 08:00-dan saat 11.00-dək) dayandırılsın.
- "Space" televiziya yayımçısı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı (mətn əlavə olunur) Şura tərəfindən müəyyən edilmiş vaxt ərzində (05 may 2022-ci il tarixdə saat 08:00-dan 11:00-dək) özünün efirində yayımlasın.
- Qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində qərardan Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.