Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasının sədri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etmişdir.

6 noyabr 2019-cu il tarixdə Azərbaycan teleradio işçilərinin peşə bayramı qeyd olunur. Azərbaycan radiosunun yaranmasından 93, Azərbaycan televiziyasının yaranmasından 63 il ötür. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov başda olmaqla Şuranın kollektivi, həmçinin, ümumölkə televiziya və radio kanallarının rəhbərləri və əməkdaşları peşə bayramı münasibətilə Fəxri Xiyabanı ziyarəti ediblər. Onlar müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər. 

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Daha sonra  Şuranın sədri və televiziya kanallarının rəhbərləri Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.