ADA Universitetində ATƏT-in media azadlığı üzrə koordinatoru Tereza Ribeyronun iştirakı ilə “Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları” mövzusunda müzakirə keçirilib.
26 aprel 2022-ci il tarixdə ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və ATƏT-in media azadlığı üzrə koordinatoru Tereza Ribeyronun iştirakı ilə "Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları" mövzusunda dəyirmi masa təşkil olunub.
Dəyirmi masada ATƏT-in media azadlığı üzrə nümayəndələrindən başqa ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, "Yeni müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu, "Real Təhlil İnformasiya Mərkəzi"nin baş direktoru Mirşahin Ağayev, "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev və digər tanınmış media nümayəndələri və ekspertlər iştirak etmişlər.