Azərbaycan Respublikası Audiovizual Şurası

“Media və İnformasiya Savadlılığı" (EMİS) işçi qrupunun 7-ci iclası onlayn formatda keçirilmişdir.

Tənzimliyici Orqanların Avropa Platformasının (EPRA) "Media və İnformasiya Savadlılığı" (EMİS) işçi qrupunun 7-ci iclası 22 aprel 2022-ci il tarixində onlayn formatda təşkil olunmuşdur. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Cəmilə Qəhrəmanova toplantının işində iştirak etmişdir.

İlk olaraq  İşçi Qrupun sədri Maria Donde toplantının "Uşaq və gənclərin hüquq və imkanlarının genişləndirilməsinə diqqətin yetirilməsi" mövzusu ilə bağlı olunacaq təqdimatlar haqqında qısa məlumat vermişdir. Birinci Athina Karatzogiani tərəfindən DigiGen proqram çərçivəsində Böyük Britaniya, Estoniya və Yunanıstan tərəfindən həyata keçirilən "İKT və vətəndaş iştirakı" adlı layihənin təqdimatı edilmişdir. Layihə 3 mərhələdən ibarət olmuşdur: Birinci mərhələdə 2020-ci ilin sentyabr ayından 2021-ci ilin aprelinədək Estoniya, Yunanıstan və Birləşmiş Krallıqda gənclərin internet vasitəsilə vətəndaş iştirakı ilə məşğul olduqları səbəb və vəsaitləri müqayisə edərək netnoqrafik tədqiqat (onlayn-müşahidə, məzmun və ümumilikdə 65 müsahibə) keçirilmişdir. İkinci mərhələdə fokus qruplarında onlayn mühitin və siyasi diskursların istehsalına cəlb olunmuş gənclərlə, onların seçdikləri onlayn mühitin və ideoloji onlayn istehsalda əsas istiqamətlərin gənclərə necə təsir göstərdiyini müəyyən etmək məqsədilə müzakirələr və rəqəmsal hekayələr üzrə seminarlar  təşkil edilmişdir. Üçüncü mərhələdə rəqəmsal vətəndaşlığın təhsil sistemlərinə və milli rəqəmsal vətəndaşlıq sənədlərinə (multimedia daxil olmaqla) daxil edilməsinə və təbliğinə xüsusi diqqət yetirərək qiymətləndirilmişdir. Yekun olaraq təqdim olunan bütün mərhələlərin nəticələri müzakirə olunmuşdur.

Bundan sonra "EduCac" proqramı  çərçivəsində "Mərc təklifin nədir?" layihəsi təqdim edilmişdir. "EduCac" formal və qeyri-formal təhsil sahələrində media savadlılığına kömək məqsədi ilə Kataloniya Audiovizual Texnologiyalar Şurası Kataloniyanın Təhsil Departamenti ilə əməkdaşlıqda işlənib hazırlanmış kommunikasiyalar üzrə təhsil proqramıdır. Digər məsələlərlə yanaşı proqram oyunlar, qumar, video oyunlarla bağlı tələbələr arasında media savadlılığı üzrə tədbirlər həyata keçirir.

Daha sonra Uill Qardner Birləşmiş Krallıq tərəfindən hazırlanmış "Rəqəmsal liderlər" proqramı haqqında geniş məlumat vermişdir. Proqramın məqsədi gənclərin həmyaşıdlarını onlayn təhlükəsizlik haqqında maarifləndirilməsi üçün imkanlarının gücləndirməsidir. Proqram əyləncə formasında təşkil edilib və gənclərə öz həmyaşıdlarını, valideynlərini və müəllimlərini internetdə təhlükəsizlik barədə məlumatlandırmaq imkanı verir, həmçinin  məktəblərdə onlayn təhlükəsizliyə ümumi yanaşma tətbiq etməyə kömək edir.

Həmçinin Jeyn MakQariql tərəfindən "Webwise" Gənclər üçün Məsləhət Paneli haqqında təqdimat edilmişdir. Həmin panel istifadəçilərə informasiya, məsləhətlər və ödənişsiz təhsil resurslari təqdim edir. Panel gənclərlə, valideyinlərə, həmçinin müəllimlərə böyük dəstəkdir.

Toplantının sonunda EPRA Katibliyinin rəhbəri Emanuella Maçet EMİS üzvlərinin profillərinin hazırlanması  haqqında qısa məlumat verilmişdir.