EPRA çərçivəsində “Video Paylaşım Platformaları və tənzimləmə” adlı onlayn seminar keçirilmişdir
16 mart 2022-ci il tarixdə Tənzimləyici Qurumların Avropa Platforması (EPRA) çərçivəsində yaş məhdudiyyətlərinə həsr olunmuş "Video Paylaşım Platformaları və tənzimləmə" adlı onlayn seminar keçirilmişdir. Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları da seminarda iştirak etmişlər.
Əvvəlcə EPRA sədri Lyuboş Kukliş tərəfindən seminarın mövzusu və məqsədi haqqında məlumat verilmişdir. Seminarın 1-ci hissəsində dəyirmi masa formatı çərçivəsində "Mövcud yaş yoxlama sistemlərindən istifadə təcrübəsi", "Video Paylaşım Platformalarında yaş testi", "Müxtəlif yaş təminatı variantları üçün kommersiya xərcləri", "Standartların yaratdığı rəqabət problemləri", "Uşaqların təhlükəsizliyi və gizlilik məsələləri arasında balansa necə nail olmaq olar?", "Məlumat bazası: Video Paylaşım Platformaları tərəfindən görülən tədbirlərin uyğunluğunun qiymətləndirilməsi üsulları", "Yaş reytinq sistemləri onlayn mühitə nə dərəcədə köçürülə bilər?", "Yaşı 18-dən aşağı olan şəxsləri qorumaq üçün istifadəçilərin qiymətləndirilməsi sistemləri hansı atributlara malik olmalıdır?" və digər məsələlər müzakirə edilmişdir.
Seminarın 2-ci hissəsində Sonia Livingston (London İqtisadiyyat və Politologiya Məktəbi) və Eva Livens (Gent Universiteti) tərəfindən akademik müzakirələr keçirilmişdir. Seminarın sonunda iştirakçıların sualları cavablandırılmışdır