“Media və İnformasiya Savadlılığı” (EMİS) işçi qrupunun onlayn formatda görüşü keçirilmişdir
"Media və İnformasiya Savadlılığı" (EMİS) işçi qrupu çərçivəsində 14 mart 2022-ci il tarixində media savadlılığı haqqında "Nahar zamanı təlimat" formatında xüsusi qısa vebinar keçirilmişdir. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Cəmilə Qəhrəmanova vebinarda iştirak etmişdir.
Vebinar zamanı media savadlılığı sahəsində layihə və təşəbbüslərin maliyyələşdirilməsinə həsr olunmuş bir sıra təqdimatlar olunmuşdur. Əvvəlcə Luis Madureira Pires tərəfindən Avropa Media və İnformasiya Fondu haqqında məlumat verilmişdir. Daha sonra Orla Klanci "Yaradıcı Avropa 2021-2027" proqramı haqqında geniş təqdimat etmişdir. Vebinarın sonunda isə Filip Kuper İrlandiyanın Tənzimləyici Qurumu olan BAİ tərəfindən keçirilən "Səs və baxış" adlı müsabiqə haqqında məlumat verilmişdir.