Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı № 2/3 - 11 mart 2022-ci il
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
- Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyindən (Teleradio İB) Şuraya daxil olmuş 06 yanvar 2022-ci il tarixli 109-1-9/20-22 nömrəli məktubu, həmçinin Şura aparatının Maliyyə və texniki nəzarət şöbəsinin 03 mart 2022-ci il tarixli rəyini nəzərə alaraq "İctimai Radio" ümumölkə radio kanalının yayımı üçün Milli Televiziya və Radio Şurasının 2020-ci il 29 dekabr tarixli 13/2 nömrəli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin istifadəsinə Şuşa rayonu ərazisində yerləşən "Şuşa" Radio-Televiziya Yayım Stansiyasından ayrılmış 90.7 MHs radiotezliyi 88.7 MHs radiotezliyinə dəyişdirilsin.
- Şura aparatının Hüquq və beynəlxalq əlaqələr, Maliyyə və texniki nəzarət şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.